Tubukənddə həyat dayanır: Sakinlər infrastruktur problemləri ilə mübarizədə tək qalıb
İsmayıllı rayonunun Tubukənd kəndi, təbiəti və havası ilə tanınsa da, burada yaşayan sakinlər ciddi infrastruktur problemləri ilə üzləşirlər.
Minval.info xəbər verir ki, kənddə əsasən 1990-cı illərdən etibarən Qarabağ bölgəsindən köç edən vətəndaşlar məskunlaşıb. Ancaq bu müddət ərzində kənddə yol, qaz və su təminatı kimi əsas xidmətlərdən məhrum qalıblar. Sakinlər, xüsusilə qış aylarında isinmək üçün meşədən odun tədarük etmək məcburiyyətində qaldıqlarını bildirirlər. Problemlərini aidiyyəti qurumlara dəfələrlə çatdırsalar da, hələ də bir nəticə əldə olunmayıb.
“Suyumuz çox çətinliklə gəlir, yolumuz isə demək olar ki, yoxdur. Bir xəstəmiz olsa, vaxtında xəstəxanaya çatdıra bilmirik, yollarda əziyyət çəkirik. Kənddə qaz xətti isə ümumiyyətlə, yoxdur”, – deyə kənd sakinlərindən biri vəziyyəti izah edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxac problemi üçün yeni işıqforlar quraşdırıldı
Yeni nəsil energetiklər yarışında Salyan komandası finala yüksəldi
Sabah Bakıda 27 dərəcə isti gözlənilir
Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı ilə hərəkət asanlaşır
Sentyabrın 25-də Bakıda və rayonlarda hava necə olacaq?
Bakının Yasamal və Zirə qəsəbələrində elektrik fasiləsi gözlənilir
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!