Trampdan Ukraynadan üzr istəmək tələb olundu

Budapeşt memorandumunu imzalayan ölkələr Kiyevi aldatdığı üçün ABŞ prezidenti Donald Tramp Ukraynadan üzr istəməlidir.
Oxu.Az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Leonid Kuçma bəyan edib:
“Ukraynanı aldatdılar. Şimali Koreya nüvə silahı olmadan heç nəyə yaramır. Mən Trampa Kiyevə müraciət edərək üzrxahlıq istəyib, bu məsələdə Ukraynaya fəal şəkildə kömək edəcəyini söyləməyi məsləhət görərdim”.
Qeyd edək ki, 1994-cü ildə Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ Budapeşt memorandumu imzalayıblar. Sənədə əsasən, Ukrayna ərazisində yerləşən SSRİ nüvə silahından imtina edib. Bunun qarşılığında memorandumu imzalayan digər dövlətlər də Ukraynanın ərazi bütövlüyünü tanıyıb.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səudiyyə Ərəbistanında dörd şəhərdə fövqəladə vəziyyət!
Revolut müştəri məlumatları dələduzların hədəfində
İran-Ermənistan arasında yeni gömrük dəhlizi açılır
Kanadadan Aİ-yə assosiativ üzvlük təklifi
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!