Donald Trampın Rusiya ilə dizel anlaşması Zelenskini narazı saldı
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Rusiya ilə dizel yanacağı tədarükü barədə razılığa gəldiklərini açıqlayaraq, Rusiya Prezidenti Vladimir Putinə təşəkkürünü bildirdi. Bu açıqlama Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən kəskin reaksiya ilə qarşılandı. Tramp isə Zelenskinin tənqidlərinə qısa cavab verdi.
Minval.info xəbər verir ki, ABŞ-ın Xəzinə Nazirliyinə bağlı Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC), Rusiya mənşəli dizelin satışı və digər əlaqəli əməliyyatlar üçün 2027-ci ilin 7 aprel tarixinədək icazə verən ümumi lisenziya yayımladı. Tramp, Nyu-Yorka səfərindən öncə jurnalistlərin suallarını cavablandırarkən, bu razılaşmanın ABŞ-a mühüm miqdarda dizel yanacağı gətirəcəyini və bunun qiymətləri aşağı salacağını bildirdi.
Kremlin isə Tramp və Putin arasında 9 oktyabr gecəsi baş tutan telefon danışığı haqqında məlumatları paylaşdı. Danışıq zamanı qlobal enerji bazarları və Ukrayna böhranının həlli yolları müzakirə edilib. Hər iki liderin birbaşa əlaqələri davam etdirmək qərarına gəldikləri bildirilib.
İran dini lideri Müctəba Hamaney: Nüfus artışı milli təhlükəsizlik üçün vacibdir
Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiyaya tətbiq edilən sanksiyaların yüngülləşdirilməsini “zəiflik göstəricisi” olaraq dəyərləndirdi. Zelenski, belə bir qərarın Rusiyanın daha çox insanı öldürməsinə və müharibəni uzatmasına imkan verəcəyini ifadə etdi.
Donald Tramp, Zelenskinin tənqidlərinə cavab olaraq, yalnız “Tamam” deyə bildirdi, lakin Ukraynanın ABŞ-la güclü bir tərəfdaş olduğunu vurğuladı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada regional qubernator korrupsiya ittihamı ilə həbs edildi
Qəzza Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri İsrail zərbəsində öldürüldü
İranda müğənni hicabsız çıxışına görə 74 şallaq cəzası alıb
Gənclərin çağırışaqədərki hazırlığına dair yeni qaydalar təsdiqləndi
Qəzzədə meningit təhlükəsi: 15 nəfər həyatını itirib
Donald Trampın təzyiqi ilə Nvidia rəhbəri yenidən vəzifəyə qaytarıldı