10.10.2026 - 14:58
Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı
Dünya 119 baxış

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

Dünya şöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Charles Veley-in rəhbərlik etdiyi beynəlxalq səyyahlar qrupu Qarabağ və Şərqi Zəngəzura üçgünlük səfərlərini tamamlamağa nail olub. Publika.az-ın məlumatına görə, səfərin son dayanacağı Cəbrayıl rayonu olub.

Səyyahlar Cəbrayıl rayonunun Yarəhmədli kəndində ANAMA tərəfindən aparılan minatəmizləmə işləri ilə tanış olublar. Onlara işğal dövründə ərazilərin minalarla çirkləndirilməsi və mina partlayışlarının fəsadları, insanların həyatını itirməsi və xəsarət alması barədə ətraflı məlumat verilib.

Ərazidə tank əleyhinə və piyada əleyhinə minaların, eləcə də qarışıq mina xətlərinin çox olduğu və axtarışlar zamanı partlamamış hərbi sursatların da aşkarlandığı bildirilmişdir. Səyyahlara minatəmizləmə işlərinin mexaniki, əl üsulları və xüsusi təlim keçmiş itlərin köməyi ilə həyata keçirildiyi izah olunub.

Nümayəndə heyəti üçün ərazidə aşkarlanan minaların partladılaraq zərərsizləşdirilməsi prosesi nümayiş etdirilib, bu da onların təhlükəsizlik tədbirlərini yerindəcə müşahidə etməsinə imkan verib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: