Tramp Kral Salmandan 4 milyard dollar istədi
ABŞ Prezidenti Donald Tramp Suriyadan amerikalı hərbçiləri çıxartmaq üçün Səudiyyə Ərəbistanı kralı Salmandan 4 milyard dollar yardım istəyib.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə “Vaşinqton Post” qəzeti çıxış edib.
Qəzet Amerika elitasında təmsil olunan mənbələrinə istinadla qeyd edib ki, 2017-ci ildə Donald Tramp və Kral Salman arasında telefon danışığı baş tutub. Həmin danışıq zamanı Tramp Suriyada olan amerikalı hərbçilərin ölkədən sürətlə çıxarılması üçün 4 milyard dollar maddi dəstək istəyib.
“Vaşinqton Post”a danışan ABŞ rəsmiləri Prezident Trampın bu müzakirənin sonunda kralla razılığa gəldiyinə inandıqlarını qeyd ediblər.
Maraqlıdır ki, Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyi Trampın Kral Salmandan 4 milyard dollar istədiyinə dair iddiaları şərh etməyib.
Ancaq qəzet bildirib ki, Ağ Ev İŞİD işğalından azad edilən bölgələrin yenidən qurulması üçün Səudiyyə və digər ölkələrdən maliyyə istədiyini açıqlayıb.
Qəzet iddia edib ki, Suriya lideri Bəşər Əsədin və onun müttəfiqləri olan Rusiya və İranın azad etdiyi ərazilərdə nəzarətin ələ alınması, habelə İŞİD-in yenidən bu ərazilərdə ortaya çıxmasına mane olmaq üçün ABŞ ötən ay Suriyada təhlükəsizlik məsələlərinə 200 milyon dollar xərcləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Ermənilər tanıyıram ki, Azərbaycana rahat səfər ediblər”
Ermənistan sülh müqaviləsi təkliflərini Azərbaycana təqdim etdi - Paşinyan
Putin İlham Əliyevi təbrik etdi
Ukrayna: Rusiya 8 vilayətimizi işğal etməliydi