Tramp Kim Çen Ina öz gücünü belə göstərdi – VİDEO
Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında tarixi görüşün əvvəlində tərəflər bir-birinin əlini sıxıb.
Görüş Sentosa adasındakı “Kapella” hotelində keçirilib.
Minval.İnfo xəbər verir ki, görüş zamanı prezident Trampın tez-tez güc nümayiş etdirməsi diqqət çəkib. Psixoloqlar Trampın sərt əl sıxmasını və Kimin çiyninə toxunmasını özünü üstün tərəf olaraq göstərmək cəhdi kimi açıqlayıb.
ABŞ prezidenti bununla da yetinməyib, başqa vasitələrlə Şimali Koreya liderinə üstünlüyünü nümayiş etdirməyə çalışıb.
Görüşə 1.6 milyon dollar dəyərində, xüsusi zirehli “Mercedes Mybach” ilə gələn Kimə Tramp öz qiymətli, saynan istehsal olunmuş, ağır zirehlə təchiz edilmiş avtomobilini göstərib. Kim isə öz heyranlığını Trampa bildirib.
Tamerlan
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Armen Qriqoryan Baş Qərargah rəisi olur
Rusiyada poçt əməkdaşlarına antidron silahları təqdim ediləcək
İranda benzinin qiyməti ikiqat bahalaşdı
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır
Kompensasiya təklifi: 90 min yox, 180 min!
AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Üç övladlı ailələrə 420 manat müjdə!




