Tramp iclasa gecikdi - Növbəsi başqa prezidentə keçdi

BMT Baş Assambleyanın 73-cü sessiyası başlayıb.
“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, sessiyada ilk çıxışı BMT Baş katibi Antonio Quterreş edib.
Ardınca isə Braziliya prezidenti Mişel Temer çıxış edib. Ondan sonra ABŞ prezidenti Donald Tramp nitq söyləməli olsa da, o, iclasa gecikib. Buna görə də onun növbəsi Ekvador prezidenti Lenin Morenoya keçib.
Trampın BMT binasına 5 dəqiqə məsafədə yerləşən “Trump Towers”da olmasına baxmayaraq, iclasa gecikməsinin səbəbi açıqlanmayıb.
Daha sonra səhnəyə çıxan Tramp çıxışını əsasən İran üzərində qurub və bütün ölkələri İranı təcrid etməyə çağırıb:
“Mövqelərini dəyişməyənə qədər onlarla görüşməyəcəyəm. İranla yaxşı münasibətlər qurmaq üçün səbrsizlənirəm. Amma bu indi olmayacaq”.
Tramp Çinlə davam edən “iqtisadi müharibə”dən də danışıb və sərvətlərinin yağmalanmasına imkan verməyəcəyini söyləyib.
ABŞ prezidenti Şimali Koreya ilə görüşlərin isə nüvə silahları tamamilə ləğv edilənə qədər davam edəcəyini bildirib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan Putini Ermənistanın daxili işlərinə qarışmamağa çağırdı
Özbəkistanda qadın iki körpəni doğum evinin pəncərəsindən atıb
Ombasını dikləşdirmək istəyərkən ölümdən döndü
Beş yaşlı qız ayda 500 min dollar qazanır
Gürcü deputatlar iclas zamanı əlbəyaxa davaya çıxdı - Video
Azərbaycanlı milyarderin yaxtasına basqın, “Luna” həbs altında
Trampın oğlu Nyu-York meri ilə “didişdi”