Tramp: “ABŞ qoşunlarının Yaxın Şərqə daxil olması tarixin ən böyük səhvidir”
ABŞ prezidenti Donald Tramp rəhbərlik etdiyi dövlətin tarix boyunca yol verdiyi ən böyük səhvi açıqlayıb.
Virtualaz.org “The Hill” nəşrinə istinadən xəbər verir ki, bu mətbu orqanına müsahibəsində Tramp Amerika qoşunlarının onun sələfi kiçik Corc Buş tərəfindən Yaxın Şərqə yeridilməsini ən böyük səhv adlandırıb.
“Ola bilsin ki, əsgərləri oradan çıxarmaq göstərişi vermiş Obama düzgün hərəkət etməyib, amma məncə, əsgərlərin ora müdaxiləsi ölkəmizin tarixində yol verilmiş ən böyük səhvdir”, – Tramp deyib.
ABŞ Yaxın Şərq kampaniyasına 7 trilyon dollar vəsait sərf edib, hər iki tərəfdən canlı qüvvə itkilərinini sayı isə milyonlarladır. “Milyonlarla həyat”, – prezident vurğulayıb.
“Ölkəmiz üçün Yaxın Şərqə yollanmaq barədə qərarın verildiyi gün pis gün olub, əminəm”, – Tramp əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səudiyyə Ərəbistanında dörd şəhərdə fövqəladə vəziyyət!
Revolut müştəri məlumatları dələduzların hədəfində
İran-Ermənistan arasında yeni gömrük dəhlizi açılır
Kanadadan Aİ-yə assosiativ üzvlük təklifi
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!