03.11.2021 - 13:44
Səhiyyə
3 baxış
Toz-duman gözləri zəiflədir? - Oftalmoloq şərh etdi

“Toz-duman gözü zəiflətməz, amma iltihablaşdıra bilər”.
Minval.info xəbər verir ki, bunu Qaynarinfo-ya tanınmış oftalmoloq Gövhər Əliyeva toz-dumanın gözlərə təsirindən və azyaşlı uşaqlarda mirvari suyunun əmələ gəlməsindən danışarkən deyib. Onun sözlərinə görə, toz-dumanın gözləri zəiflətməsə də, iltihablaşmasına səbəb ola bilər:

“Mirvari suyu ümumiyyətlə fizioloji (yaşla əlaqədar), patoloji və qazanılma ola bilir. Bəzən anadangəlmə kataraktaya da rast gəlinir. Belə katarakta adətən anada olan xəstəliklər və ya hər hansı bir keçirilmiş infeksiya nəticəsində ağırlaşma kimi döldə yarana bilir. Toz-duman adətən gözlərin zəifləməsinə təsir edir. Toz-duman gözlərdə iltihab, bakteriya, keratitlər və s. kimi təbii problemlər yaradır ki, bu da gözə dumanlanma verir. Belə problemlər də əlbəttə ki, müvəqqətidir və onları müalicə edərək aradan qaldırırıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Naxçıvanın prokuroru vəzifəsindən azad edildi
31.01.2023 - 17:48
Ana və övladlarını öldürən şəxs məktəb direktoru olub
21.02.2022 - 12:47
Alimlərdən naməlum virus XƏBƏRDARLIĞI
10.05.2022 - 10:55
"Kəraməti ancaq döymək lazımdır" - Meyxanaçılardan cavab (VİDEO)
26.03.2019 - 19:19
Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi - FOTO
10.11.2019 - 10:30
Sabaha olan hava proqnozu AÇIQLANDI
18.03.2021 - 15:03
Fəxrəddin Manafov xəstəxanaya yerləşdirildi
09.04.2018 - 12:02