Toyların keçirilməsi hansı halda mümkün ola bilər?
Hesab edirəm ki, Operativ Qərargah toyların keçirilməsi ilə bağlı normativlər hazırlamalı və elan etməlidir ki, hansı şərtlər daxilində bu mərasimləri keçirmək olar.
“Minval.info” bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, pandemiyanın bundan sonra daha nə qədər davam edəcəyi ilə bağlı heç bir dəqiq fikir yoxdur, ona görə də cəmiyyət yeni qaydalarla yaşamağa alışmalıdır:
“Amma insanların müəyyən arzuları var, yaşları ötür, planları dəyişir. Ona görə hesab edirəm ki, Operativ Qərargah müəyyən normativlər hazırlanmalıdır.
Tez-tez görürük ki, toy keçirməyə cəhdlər olur və polis də qanunauyğun olaraq onun qarşısını alır. Bu da müəyyən bir sosial siqnaldır ki, Operativ Qərargah müvafiq qərarlar qəbul etsin”.
Komitə sədri bildirib ki, toyların keçirilməsi üçün epidemioloji vəziyyət yaxşılaşmalıdır, vaksinasiya olunan insanların sayı artmalıdır: “Əlbəttə ki, insanların da bu məsələdə böyük məsuliyyəti var. Ölkəyə kifayət qədər vaksin gətirilib, əhali vaksinasiya prossesində akviv iştirak etmir. Bir tərəfdən toyların keçirilməsini istəyirlər, amma vaksinasiyaya getmirlər. Toylarn keçirilməsinə icazə verilməsi üçün yoluxmalar azalmalıdır, vaksinasiya olunanların sayı çoxalmalıdır. Hesab edirəm ki, insanlar nə qədər vaksinasiyada aktiv iştirak etsələr, bir o qədər toyların keçirilməsinə icazə verilməsini tezləşdirə bilərlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Deputatın cinayət işi açılan qardaşı oğlundan xəbər var
Bakıda avtobusda koronavirus həyəcanı - Kişi bir anda... - VİDEO
Erden Timur "Qalatasaray"dan istefa verib
Mərdəkandakı uşaq evi ilə bağlı şok ittiham - Nazirlik hərəkətə keçdi
“Tarif Şurası ləğv edilsin, səlahiyyətləri parlamentə verilsin”
"İnter" Hakan Çalhanoğlunu bu futbolçu ilə əvəzləyir - SON DURUM
Azərbaycanda general işdən çıxarıldı? - RƏSMİ AÇIQLAMA