Göyçayda faciə: toydan qayıdan bir ailənin 4 üzvü ölüb, 7 yaralı var
Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
/minval.info Report-a istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobillə “VAZ-2106″nın toqquşması nəticəsində ikinci maşının Ənvər adlı sürücüsü və sərnişinlər – Səlimov Ramin Azər oğlu, Səlimova Gülnar Nağı qızı və onların 8 yaşlı övladı Səlimov Azər Ramin oğlu aldıqları xəsarətlərdən ölüblər.
Daha 7 nəfər şəxs, “VAZ”ın digər sərnişinləri – 1963-cü il təvəllüdlü Salmanova Qənimət Yüsif qızı, Salmanov Ülvi Ümid oğlu (2015), Salmanova Həcər Ramin qızı, Salmanova Aygün Ənvər qızı (1993) və “Mercedes” markalı avtomobilin sürücüsü, Abdullayev Akşin, onun sərnişinləri Cahangirov Zahir Qədir oğlu (1989) və Əhmədova Aygün Ənvər qızı (1993) yaralanaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə hər iki avtomobil müxtəlif toy mərasimlərindən qayıdan zaman baş verib. Zərbənin gücündən “VAZ-2106” markalı avtomobil 2 hissəyə bölünüb.
Faktla bağlı araşdırma aparılır.
https://www.youtube.com/watch?v=kPPF6JHiaeA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var
Qanlı göldə balıqların kütləvi ölümü!