07.10.2018 - 11:10
Hadisə
25 baxış
Toydan çıxıb evə gedən kişi faciəli şəkildə öldü
Zaqatala rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə oktyabrın 6-da axşam saat 20:30 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik maşını yolla gedən 1953-cü il təvəllüdlü İbiyev Abdurəhman İsmayıl oğlunu vurub. Qəzadan sonra avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb. A. İbiyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Məlumata görə, Abdurəhman İbiyev hadisə baş verən ərazinin yaxınlığında toy məclisindən çıxıb evə gedirmiş. Mərhumun içkili olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəhid xanımı 4-cü mərtəbədən yıxıldı, öldü
17.09.2026 - 09:10
Şəmkirdə ailə münaqişəsi yanğınla nəticələndi
17.09.2026 - 08:35
İranda təyyarə havada parçalandı: Möcüzəvi eniş!
16.09.2026 - 22:25
ABŞ-ın İrana qarşı əməliyyatı: 18 hərbçi həlak oldu
16.09.2026 - 18:48
Los-Ancelesdə helikopter qəzası: 3 ölü
16.09.2026 - 17:52
ABŞ orbitə gizli kosmik silah yerləşdirdi
16.09.2026 - 15:53
Çinə giriş-çıxış qaydaları sərtləşdi: Cərimələr artırıldı
16.09.2026 - 15:04
Qəbələdə avtomobil qəzası: 65 yaşlı kişi öldü
16.09.2026 - 13:40