Çinə giriş-çıxış qaydaları sərtləşdi: Cərimələr artırıldı
Sentyabrın 15-dən etibarən Çinə giriş-çıxış qaydaları yenilənmişdir. Bu yeni qaydalar, dövlətin suverenliyini və təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra məhdudiyyətlər tətbiq edir.
Minval.info xəbər verir ki, Çin Xalq Respublikasının Dövlət Şurası tərəfindən qəbul edilən fərman, ölkəyə gələn və gedən şəxslərin qanuni hüquq və mənafelərinin qorunması, eləcə də milli suverenliyin, təhlükəsizliyin və inkişaf maraqlarının təmin edilməsi məqsədini daşıyır.
Yeni qaydalara əsasən, Çin hökuməti müəyyən ölkələrə və regionlara səfər edərkən yaranacaq risklər barədə xəbərdarlıqlar edəcək. Bu xəbərdarlıqlar həm Çin vətəndaşları, həm də onların sənədlərinə baxan dövlət qurumları üçün rəhbər tutulmalıdır. Xaricdəki vəziyyət, orada baş verən hadisələr, ehtimal olunan silahlı münaqişələr, təbii fəlakətlər, texnogen qəzalar və yoluxucu xəstəliklərin yayılması əsasında qiymətləndiriləcək.
Miqrasiya orqanları ehtiyac yarandıqda ÇXR və digər dövlətlərin vətəndaşlarından səfərin məqsədi barədə əlavə sənədlər tələb edə bilərlər. Yanlış məlumat verildiyi təqdirdə, hakimiyyət orqanları onların ölkədən çıxışına qadağa qoya bilər. Bundan əlavə, əgər Çin vətəndaşları xaricdə hüquqpozmaya yol verərlərsə, onların ölkəni tərk etməsi altı aydan üç ilə qədər qadağan oluna bilər.
Xüsusi müddəa olaraq, Çin vətəndaşları mal və texnologiyalara dair ixrac nəzarəti tədbirlərini pozduqda və ya “milli texnoloji təhlükəsizliyə” təhdid yaratdıqda, onların xaricə getməsi qadağan edilə bilər. Vizaların rəsmiləşdirilməsi və ya Çin sərhədini keçərkən yalan məlumatlar və ya saxta sənədlər təqdim edilərsə, xarici vətəndaşların ölkəyə girişinə bir ildən beş ilə qədər qadağa qoyula bilər.
Qaydalar, həmçinin, giriş və çıxış sənədlərinin rəsmiləşdirilməsində qanunsuz vasitəçilik xidmətlərinin göstərilməsi, əcnəbilər üçün saxta dəvətnamələrin hazırlanması və müvafiq lisenziya olmadan bu cür qanunsuz fəaliyyətin təşkili üçün 5 mindən 50 min yuana (740-7 500 dollara qədər) qədər cərimələr nəzərdə tutur. Xarici şirkətlər tərəfindən belə xidmətlərin göstərilməsi də qadağandır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ orbitə gizli kosmik silah yerləşdirdi
Qəbələdə avtomobil qəzası: 65 yaşlı kişi öldü
Göygöldə "Chevrolet" aşdı: 3 yaralı xəstəxanada
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir