Tolik imkansız ailəyə ev tikdirir - VİDEO
Tanınmış prodüser və aparıcı Tarix Əliyev yenə ürəkləri fəth etməyi bacarıb.
Minval.İnfo xəbər verir ki, tez-tez köməyə ehtiyacı olan şəxslərə gücü çatan qədər əl uzadan Tolik bu dəfə İmişli rayonunda yaşayan ailəyə yardım edib. Belə ki, “İnstagram”da kasıb ailənin durumu ilə bağlı video paylaşılıb. Bunu görən Tolik ilk olaraq bir neçə gün öncə bu haqda paylaşım edib. Daha sonra yardımsevər şəxslərin dəstəyi ilə ailənin yanına gedib və onlara yardım əlini uzadıb.
Əvvəlcə evlərinə əşyalar alınıb, pul verilib. Bu gün isə Tolik həmin ailə üçün ev tikildiyini deyib və bununla bağlı da video paylaşıb: “Allah bütün evi olmayanlara ev qismət eləsin. Bu hadisəyə çox sevinrəm. Bəlkə də bir gün mən efirlərdə olmayacağam, amma bu ailə məni hər zaman yadına salacaq. İmişlidəki dilqəm qardaşımızın evi tikilir. Allah şükürlər olsun. İnşallah qısa zamanda yeni evində çəkiliş etmək qismət olar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
Mopedlərlə bağlı yeni rüsumlar müəyyənləşdi
Azərbaycanda iş saatları dəyişə bilər: Yeni qrafik necə olacaq?
Bakıda yeni dərs ilindən saatlar belə işləyəcək-TƏFƏRRÜAT
Sabah 39 dərəcə isti olacaq
Ramiz Mehdiyevin ailəsinə bağlı BOKT-un vergi borcu yarandı

