ABŞ Qran Prisi təhlükədə
Formula 1 ABŞ Qran Prisi yanacaq sərfiyyatı ölçən təchizatçıları arasında baş verən məhkəmə çəkişməsi səbəbindən problemlərlə üzləşə bilər. Publika.az xəbər verir ki, bu barədə “Formula1.it” məlumat yayıb.
Bildirilir ki, Britaniya şirkəti “Sentronics Holdings”, 2026-cı ildən 2030-cu ilə qədər bu cihazların tədarükü üçün eksklüziv FIA müqaviləsi almış “Allengra”ya qarşı məhkəmə iddiası qaldırıb.
Mənbənin məlumatına görə, “Sentronics” Almaniya-Rumıniya şirkətini ABŞ-da qeydiyyatdan keçmiş Britaniya patenti ilə qorunan texnologiyadan istifadə etməkdə ittiham edir. İddiaçı hesab edir ki, FIA-ya da iddia edilən pozuntu barədə məlumat verilib.
İddia 16 oktyabrda ABŞ Qran Prisinin bu həftə sonu keçiriləcək Ostindəki Texas Qərb Dairəsi Federal Rayon Məhkəməsində qaldırılıb. “Sentronics” maliyyə kompensasiyası və ABŞ-da “Allengra” məhsullarına qarşı qadağa tələb edir.
Bu cihazlar avtomobillərin güc aqreqatlarına verilən yanacağın miqdarına nəzarət etmək və texniki qaydalara uyğunluğunu yoxlamaq üçün lazımdır. Məhkəmə onların istifadəsini dərhal qadağan edən qərar çıxararsa, FIA yarış həftəsonu ərzində texniki yoxlamalar aparmaqda çətinliklərlə üzləşə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi