20.10.2026 - 17:34
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Dünya 153 baxış

Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir

İtaliya hökuməti, oktyabrın 17-18-də Milanda baş verən iğtişaşlardan sonra şəhərə 500 hərbçi göndərməyi planlaşdırır. Publika.az-ın yazdığına görə, bu barədə “The Guardian” nəşri məlumat verib.

Ölkədə yaşayış xərclərinin artmasına qarşı keçirilən etiraz aksiyaları, mağazaların talan edilməsi və polislə toqquşmalara səbəb olub. “Decathlon”, “Arc’teryx” və “Vodafone” kimi tanınmış şirkətlər zərər çəkib, bir sıra brendlər isə mağazalarının vitrinlərini bağlamaq məcburiyyətində qalıb.

İtaliya polisi, Milan şəhərində baş verən iğtişaşlar zamanı 271 nəfərin saxlanıldığını bildirib. Hökumət, asayişin bərpası üçün, o cümlədən yetkinlik yaşına çatmayanların qabaqlayıcı həbs müddətinin uzadılması kimi sərt tədbirləri nəzərdən keçirir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: