06.08.2021 - 14:06
İdman
27 baxış
Tokio-2020: Azərbaycan dördüncü medalını təmin edib
Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 4-cü medalı təmin edib.
“Minval.info”un məlumatına görə, buna 65 kq çəki dərəcəsində yer alan sərbəst güləşçi Hacı Əliyev nail olub. 3 qat dünya və 3 qat Avropa çempionu yarımfinalda hindistanlı Bacranq Puniya üzərində 12:5 hesablı qələbə sayəsində finala yüksəlib.
Əliyev həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquroya qalib gəlsə, karyerasında ilk dəfə olimpiya çempionu olacaq. Məğlub olacağı təqdirdə isə o, gümüş medalla kifayətlənəcək. Final görüşü avqustun 7-də keçiriləcək.
Qeyd edək ki, Hacı Əliyev Rio-2016 Yay Olimpiya Oyunlarında 57 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
19.09.2026 - 14:29
Messi İspaniya klubunu almağa hazırlaşır
19.09.2026 - 10:59
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
18.09.2026 - 08:58
Messi MLS-də 100-cü qolunu vurdu!
17.09.2026 - 21:53
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
17.09.2026 - 12:54
Kiyevə hücum: Bir ölü, on bir yaralı
16.09.2026 - 20:12
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
13.09.2026 - 21:38
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
13.09.2026 - 16:51