Tennessidə 200 ildən sonra ilk qadın edamı
ABŞ-ın Tennessi ştatında 1819-cu ildən bəri ilk dəfə bir qadının edam edilməsinə hazırlıq görülür. Bu, Krista Payk adlı qadının barəsində çıxarılan ölüm hökmünün sentyabrın sonunda icra olunması planlaşdırılır.
Minval.info xəbər verir ki, Paykın işi hüquq müdafiəçiləri və ekspertlərin diqqətini çəkib. Onlar bu işdə ABŞ məhkəmə sistemindəki bəzi problemlərin əlamətlərinin olduğunu bildirirlər. Payk, 1996-cı ildə 19 yaşlı Kollin Slemmerin amansızlıqla öldürülməsinə görə ölüm cəzasına məhkum edilib.
Cinayət 1995-ci ildə baş verib və həmin vaxt Paykın 18 yaşı olub. İstintaq materiallarına görə, o, digər şəxslərlə birlikdə qurbanı meşəyə aparıb və burada təxminən yarım saat ərzində qızı döyüb, ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Daha sonra Payk öldürülən qadının kəllə sümüyünün bir parçasını özündə saxlayıb.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Paykın vəkilləri Tennessi ştatının qubernatoru Bill Liyə əfv müraciəti təqdim edərək ölüm hökmünün ömürlük həbs cəzası ilə əvəz olunmasını istəyiblər. Müdafiə tərəfi qadının ağır uşaqlıq keçirməsini əsas arqument kimi göstərir. Vəkillərin sözlərinə görə, Payk uşaqlıq illərində fiziki və cinsi zorakılığa məruz qalıb və ona psixi pozuntu diaqnozu qoyulub.
Psixoloqlar bildirirlər ki, cinayət baş verən vaxt onun cəmi 18 yaşı vardı və beyin inkişafı hələ tam başa çatmamışdı. Eyni zamanda uşaqlıqda yaşadığı travmalar onu psixoloji baxımdan daha həssas vəziyyətə salıb. Hüquqşünaslar ilkin məhkəmə prosesində də bir sıra prosedur pozuntularının olduğunu iddia edirlər. Onların sözlərinə görə, həmin vaxt Paykın vəkili hökmə təsir göstərə biləcək yüngülləşdirici halları məhkəməyə lazımi şəkildə təqdim etməyib.
Payk səhhəti ilə bağlı arqumentlərə də istinad edir. O bildirir ki, ölüm hökmünün kişilər üçün nəzərdə tutulan həbsxanada və kişilərdən ibarət heyət tərəfindən icra edilməsi uşaqlıqda yaşadığı zorakılıqlar səbəbindən ona əlavə psixoloji iztirab verə bilər.
ƏLAQƏLİ
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək