Tarixi dəyişdirəcək kəşf — 558 milyon illik sirr

Rusiyanın şimali-qərbindəki Ağ dəniz sahillərində 558 milyon illik skelet tapılmışdı.
“Ölkə.Az” xəbər verir ki, alimlər skeletin tərkibində xolesterol molekullar kəşf ediblər.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Avstraliya Milli Universitetinin alimləri bu kəşflə elm adamlarının 10 illərdir üzərində işlədiyi “Dickinsonia” adlı sümüyün bir heyvana aid olduğunu bildiriblər.
Əvvəllər bu qalıqların göbələyə və ya böyük bir amyöbə aid olduğu düşünülürdü. Amma onun bir göbələyə aid olduğunu sübut edən kimyəvi struktura rastlanmayıb.
Bu kəşflə 140 sm uzunluğu olan “Dickinsonia” skeleti ən qədim heyvan skeleti olaraq tarixə keçib. Ehtimal edilir ki, “Dickinsonia” coxhüceyrəli sadə həyat formalarının planetimizə yayılmağa başladığı dövrdə yaşayıb.
Avstraliyalı alim Con Broks deyib: “Tapdığımız yağ molekulları bu heyvanların 558 milyon il əvvəl yaşadığını sübut edir”.
“Elm adamları 75 ildir ki, “Dickinsonia” və digər qəribə skeletlərin nə olduğunu anlamağa çalışırdı. Ancaq bir həkimə tələbəsinin gətirdiyi nəticələri görəndə gözlərimizə inanmadıq”, – deyə Con Broks əlavə edib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar