Tanınmış həkim şöbə müdiri təyin edildi
Tanınmış həkim Şahin Məmmədov Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Anesteziologiya, Reanimasiya, İntensiv terapiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
“Medicina” xəbər verir ki, tibbi ekspert kimi də mətbuatda aktiv olan həkim 8 ildən artıqdır Milli Oftalmologiya Mərkəzində anestezioloq olaraq çalışırdı.
Mərkəzin direktoru, professor Elmar Qasımov onu uğurlu fəaliyyətimə görə təşəkkürnamə ilə təltif etdi və məni mərkəzin Anesteziologiya Reanimasiya, İntensiv terapiya şöbəsinin müdiri vəzifəsinə təyin etdi.
Həmçinin mərkəzin Masallı, Gəncə və Şəki filiallarının anesteziologiya xidmətinə də nəzarət etməli olacam. Qeyd edim ki mərkəzimizin 12 əməliyyatxanası var və 24/7 anestezioloji xidmət göstərir.
Xəstələrimiz əsasən uşaqlar, yenidoğulmuşlar və yanaşı xəstəlikləri çox olan yaşlı insanlardır.
İşin məsuliyyətini yaxşı dərk edirəm. Çalışacam mənə göstərilən etimadı doğruldum, bu çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gəlim”, – Şahin Məmmədov qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Daha 10 qazimiz Türkiyəyə göndərildi
İki nəfər 9 yaşlı uşağı tarlada zorlanıb - Azərbaycanda - Təfərrüat
Naxçıvandan ŞOK XƏBƏR: Generalın qızı qumarda “Mersedes” uduzub?
Bakıda müəllim koronavirusdan öldü - FOTO
Azərbaycanda nazirliyin vəzifəli şəxsləri HƏBS EDİLDİ
Azərbaycanda prezidentliyə daha bir NAMİZƏD