Tanınmış azərbaycanlı biznesmen qəzada öldü - Fotolar
Rusiyada tanınmış azərbaycanlı iş adamı Əlişah Süleymanov faciəvi şəkildə həlak olub.
Minval.info-nun “Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, “Ruslada” şirniyyat məhsulları fabrikinin sahibi olan biznesmen 15 oktyabr səhər saatlarında Çelyabinsk vilayətində Yujnouralsk – Maqnitorsk avtomobil yolunda qəzaya düşüb.
“Toyota Land Cruiser” markalı avtomobillə hərəkət edən sürücü idarəetməni itirdiyindən xəndəyə düşüb. Sürücü sağ qalıb. Sərnişin Süleymanov aldığı ağır xəsarətlər nəticəsində hadisə yerindəcə keçinib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Çelyabinsk Mədəniyyət Mərkəzinin rəhbəri Rafael Quliyev bildirib ki, doğmaları iş adamını Azərbaycanda dəfn etməyi planlaşdırırlar. Oktyabrın 17-də Çelyabinskdə onunla vida mərasimi olacaq.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı

