Tanınmış alim partladıldı
Suriyanın Masyaf şəhərində ölkə prezidenti Bəşər Əsədin yaxın adamlarından sayılan tanınmış alim Əziz Asbar avtomobildə partladılaraq öldürülüb.
Minval.info-un oxu.Az-a istinadən xəbərinə görə, bu barədə İsrailin Walla portalı məlumat yayıb.
Nəşrin məlumatına əsasən, partlayış Asbar evinin yanında avtomobilinə əyləşərkən baş verib. Hadisə nəticəsindəm alimin sürücüsü də ölüb.
Bildirilir ki, partlayışa görə məsuliyyəti Əbu Amar adlı ekstremistin başçılıq etdiyi qruplaşma öz üzərinə götürüb. Lakin yerli jurnalistlər hesab edirlər ki, qətlin arxasında xarici xüsusi xidmət orqanları dura bilər.
Qərbin iddiasına görə, Masyaf şəhərində kimyəvi silahın hazırlandığı elmi-tədqiqat mərkəzi yerləşir. Portal qeyd edir ki, Mərkəzə Asbar rəhbərlik edirdi.
Mərkəz iki dəfə İsraail HHQ tərəfindən bombardman olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı
Medvedyev: Litva dünya xəritəsindən silinə bilər