Tahir Budaqov: "Yaxın zamanlarda Qarabağa Böyük Qayıdış başlayacaq"
“Yaxın zamanlarda Qarabağa Böyük Qayıdış başlanılacaq. Bu, müasir Azərbaycan tarixinin ən böyük hadisəsi olacaq”.
“Report”un xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov hakim partiyanın və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə formasının yaradılması ilə bağlı addımlar atılır: “Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Müdrik siyasət nəticəsində Azərbaycanın regionada iqtisadi gücü daha da artıb. Əldə edilmiş qələbə qarşıdakı illərdə davamlı islahatlarla yeni imkanlara çevriləcək. Yeni iqtisadi rayonların yaradılması formalaşmış obyektiv reallıqları əks etdirir. Yaxın dövrdə müstəqil Azərbaycanın yeni yaradılan iqtisadi rayonlarının inkişafının şahidi olacağıq”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu