27.10.2020 - 09:54
Hadisə 3 baxış

Tərtərə atılan “Smerç” raketi rayonun Buruc kəndinə düşüb

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini “Smerç”lə atəşinə tutub.

“Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, saat 18:15-də düşmən tərəfindən atılan “Smerç” rayonun Buruc kəndinin ərazisinə düşüb.

Xoşbəxtlikdən həmin vaxt ərazidə heç kəs olmayıb.

Lakin kəndin su xətti sıradan çıxıb.

Hazırda əraziyə Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları cəlb edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: