Tələbə qızın ölümü ilə bağlı nazirlikdən açıqlama
Səhiyyə Nazirliyi Bakıda gənc qızın virusdan dünyasını dəyişməsi barədə məlumatlara münasibət bildirib.
Minval.info bildirir ki, nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından ölməsi aparılan lobarator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb.
“Bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi nəzarətə götürüb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb. Leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb. Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb”, Səhiyyə Nazirliyinin məlumatında vurğulanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi