Təhsil naziri əmr imzaladı
Təhsil naziri Ceyhun Bayramov vətəndaş Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına verilən saxta diplomun ləğv olunması və onun yeni diplomla təmin edilməsi ilə bağlı əmr imzalayıb.
“Report” xəbər verir ki, nazirin vətəndaşa yeni diplom blankının verilməsi barədə imzaladığı əmrə əsasən, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının adına yazılması üçün verilən, lakin başqa şəxsin adına yazılan B seriyalı 020724 nömrəli diplom etibarsız hesab edilib.
Eyni zamanda, AMİ-nin Qazax filialı tərəfindən Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına verilmiş B seriyalı 042889 nömrəli diplom da ləğv edilib.
Nazirliyin məxfi və dövlət nümunəli sənədlərlə iş sektoruna Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının adına yazılması üçün yeni dövlət nümunəli diplom blankı ayrılması tapşırılıb. Bundan başqa, Bakı Dövlət Universitetinin Qazax filialı (V.Əfəndiyev) diplom blankının müvafiq qaydada doldurulmasını və Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına verilməsini təmin edəcək.
Əmrin icrasına nəzarət Aparat rəhbərinə həvalə edilib.
Qeyd edək ki, Nəbiyeva (Zeynalova) Leyla Rauf qızı 2000/2001-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (indiki Dövlət İmtahan Mərkəzi) tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak edərək Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialının “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisasına əyani (dövlət sifarişi üzrə) təhsilalma forması üzrə qəbul olunub. 2004-cü ildə həmin müəssisədən məzun olmuş Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının adına yazılması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyindən B seriyalı 020724 nömrəli diplom blankı verilib, lakin AMİ-nin Qazax filialı tərəfindən həmin diplom başqa şəxsin adına yazılıb. Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına isə hüquqi əsası olmayan B seriyalı 042889 nömrəli diplom təqdim olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kolleclərdə ixtisas seçiminin son saatları!
Özəl bağçalara qeydiyyat başladı: Fürsəti qaçırmayın!
İmtahan proqramlarında ciddi dəyişikliklər olmayacaq
15 yaşlıların oxu savadlılığı zəifdir: Nazir açıqladı
Birinci sinfə qəbulda kəskin azalma müşahidə olunur
Şamaxı və Astarada kolleclərə yeni müavinlər təyin edildi
Biləcəri sakinləri bərbad yollarla mübarizədədir