Təhsil haqqını ödəyə bilməyən gənc itkin düşüb - Foto
Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov 11 gündür ki, itkin düşüb. Bu barədə “Qafqazinfo”ya Ə. Cəfərovun atası Əfqan Cəfərov məlumat verib.
O qeyd edib ki, oğlu ilə sonuncu dəfə sentyabrın 18-də söhbətləşib:
“Əsədulla Azərbaycan Dillər Universitetinin ispan filologiyası ixtisası üzrə təhsil alır. Çox tərbiyəli uşaqdır. İndiyədək hər hansı səhv hərəkəti olmayıb.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Bu il onun təhsil haqqını ödəyə bilmədik. Ödənişi 1500 manat idi. I kursdan da kəsiri olubmuş. Özü bizə utanıb heç nə deməyib. Həm təhsil haqqını ödəyə bilmədiyimizə, həm də kəsiri olduğuna görə xəcalət çəkib evdən gedib. O gündən bəri məlumatımız yoxdur. Oğluma dedim ki, bu vəziyyətə üzülməsin. Dövlətə müraciət edərik, bizə köməklik edərlər.
Özümüz hazırda Qara Qarayev ərazisində kirayədə qalırıq. 25-ci polis bölməsinə axtarış üçün müraciət etmişəm. Amma məni o tərəf-bu tərəfə yollayırlar. Özüm neçə gündür ki, oğlumu axtarıram. Oğlum hardadırsa, evimizə qayıtsın. Biz onun yolunu gözləyirik”.
Qeyd edək ki, Əsədulla Cəfərovu görənlər atası ilə əlaqə saxlaya bilərlər.
Əlaqə telefonu: (050) 461-53-17
***
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, tələbə itkin düşəndən sonra atası universitetə gələrək dekan və prorektorla görüşüb: “Valideyni oğlunun itkin düşməsi ilə bağlı polisə müraciət edib. Hələ ki, bir xəbər yoxdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı