03.02.2019 - 12:44
Gündəm 1 baxış

Təhlükəli A/H1 N1 qrip virusundan necə qorunmalıyıq? (VİDEO)

Ötən gün Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisi məlumat yayıb ki, ölkədə 16 nəfər mövsümi A/H1N1 virusuna yoluxub. Virusdan qorunmağın əsas yollarından biri tibbi maskalardan istifadə etməkdir. Amma müşahidələr göstərir ki, qoruyucu maskalardan istifadə edənlərin sayı çox azdır. Əksər vətəndaşlar bu virusu ciddi təhlükə hesab etməsə də, həkimlər əksini söyləyirlər.

Ölkədə mövsümi A/H1 N1 qrip virusunun yayılması təsdiqləndikdən sonra qoruyucu tibbi maskalardan istifadə aktuallaşıb. Müşahidələr göstərir ki, insanların əksəriyyəti bu maskalardan istifadə etmirlər. Səbəbini soruşduqda isə məlum olur ki, vətəndaşlar A/H1N1 virusunu ciddi təhlükə hesab etmirlər.

Əczaçılar da bildirirlər ki, maskalara tələbat çox azdır. baxmayaraq ki, həkimlər də soyuq havalarda, virusun yayıldığını nəzərə alaraq maskaların taxılmasını vacib hesab edirlər.

Xüsusən açıq havada və ictimai yerlərdə olanlardan, habelə ictimai nəqliyyatdan istifadə edənlərin maskadan istifadəsi məsləhətdir.

https://youtu.be/-t7d-v5C3qo

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: