Təbrizli deputat: “İranda müxalif düşüncəyə, çıxışa dözümsüz yanaşılır”
“İranda müxalif düşüncəyə, çıxışa dözümsüz yanaşılır”.
Minval.info GünAzTV-yə istinadən xəbər verir ki, bunu İran parlamentində Güney Azərbaycanın Təbriz, Üskü və Tufarqan şəhərlərini təmsil edən deputat Məsud Pezeşkian son etiraz aksiyalarından bəhs edərkən bildirib.
Onun sözlərinə görə, universitet, parlament, dövlət idarələri və başqa bu kimi yerlərdə yeni, fərqli fikir irəli sürənləri İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneiyə qarşı müxalifətdə günahlandırırlar: “Ümumiyyətlə, bizim problemimiz dialoq qaydalarını bilməməyimizdədir. Məntiqli cavab verməkdən aciz olan dövlətin məsul şəxsləri qarşı tərəfi ölkə rəhbərinin əleyhinə çıxmaqda ittiham edirlər”.
Qeyd edək ki, Məsud Pezeşkian 1954-cü il sentyabrın 29-da Güney Azərbaycanın Mahabad şəhərində anadan olub. Təbriz Tibb Elmləri Universiteti, İran Tibb Elmləri Universitetini bitirib. İxtisasca cərrah-kardioloqdur. Məhəmməd Xatəminin prezidentliyi dönəmində 2001-ci il avqustun 29-dan 2005-ci il avqustun 10-dək İranın səhiyyə və tibbi təhsil naziri olub.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan ABŞ-yə iqtisadi müharibə təhdidi!
Qumar borcu olan molla 50 milyon yığdı
İsrailin Livana hücumları: Ölənlərin sayı artdı
Tiflisdə tramvay xətti yenidən canlanır
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı