Təbii şəlaləyə baxmaq artıq pulludur - FOTO

Azərbaycanın Oğuz rayonunda təbii şəlaləni görmək üçün turistlərdən ödəniş tələb olunur.
Bununla bağlı sosial şəbəkədə şəkil paylaşılıb.
Oxu.Az-ın məlumatına görə, məsələ burasındadır ki, Oğuzun Xalxal şəlaləsinə gedən yeganə yol restoranlardan birinin ərazisindən keçir.
Restoran rəhbərliyi bu gözəlliyə olan turist marağını görüb və varlanmaq qərarına gəlib.
Bununla əlaqədar Oxu.Az-ın əməkdaşı Azərbaycan Turizm Assosasiyasının rəhbəri Nahid Bağırova müraciət edib. O, bu sözügedən faktı qanunsuz adlandırıb.
Onun sözlərinə görə, başlıcası burada vətəndən çox öz ciblərini düşünən sahibkarlar günahkardır.
“Bəli, bu, sahibkara müəyyən mənfəət gətirə bilər, ancaq ilk növbədə vətənpərvər olmaq lazımdır. Bu münasibəti görən turist bir də heç vaxt bura gəlmək istəməyəcək. Təbiət gözəlliyi hər insanın nemətidir”, – Bağırov qeyd edib.
O əlavə edib ki, şəlalələrə gedib əraziləri kirayəyə vermək olmaz.
“Azərbaycanda heç bir haqq ödəmədən gedə biləcəyin şəlalələr çoxdur. Düşünürəm ki, müvafiq qurumlar bu işlə məşğul olacaqlar”, – müsahib bildirib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Formula 1: Bakı üçün qazanc və itkilər
Bakıda uşaq bezlərinin yerli istehsalına start verildi
Azərbaycanda bakalavr təhsili üçillik ola bilər
Keşlədə nəqliyyat məhdudiyyəti: Sürücülərə alternativ yollar!
Birbank əməliyyatları Milliön terminallarında komissiyasız!
Bakı və Sumqayıtda sentyabr pensiyaları ödənildi
Azərbaycan və İordaniya arasında vizasız səyahət razılığı