TƏBİB-dən vətəndaşlara maska ilə bağlı MÜRACİƏT
“Bu gün bir çox insan COVID-19-la əlaqəli inkubasyon dövrdəkiləri sağlam şəxs kimi qəbul edirlər. Ancaq nəzərə almaq lazımdır ki, həmin şəxslərdə koronavirusa yoluxma halı baş verib, sadəcə kliniki simptomlar hələ ortaya çıxmayıb. Yəni həmin insan xəstəliyi yaya bilir”.
Minval.info “Report”a istinadən xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn görüşdə çıxışı zamanı deyib.
TƏBİB rəsmisi bildirib ki, inkubasyon şəraitdə müalicə alan şəxslər kliniki sağlam olsalar da, xəstəliyi ötürə bilirlər.
Y.Qarayeva əlavə edib ki, onlayn rejimdə işləyən iş yerlərindəki ixtisaslar üzrə çalışanlar arasında yoluxma riski adətən aşağı olur:
“Hər zaman qeyd edilən qızıl qaydalar eynidir və buna mütləq əməl edilməlidir. Bəzən böyük şirkətlərdə qoruyucu tədbirlərə ciddi əməl edilsə də, yemək yeyən vaxt istər-istəməz maska çıxarılır və yoluxma təhlükəsi meydana çıxır. Ona görə də böyük şirkətlər bu məsələni tənzimləyə bilərlər. Bəzi obyektlərdə işçilərə məcburi əlcək taxdırılır. Əlcəkdən düzgün istifadə edilməməsi yoluxma sayı arta bilər. Bunun əvəzinə əl gigiyenasına əməl edilsin. İnsanların işə 15 dəqiqə fərqlə gəlməsi təmin edilsə, ictimai nəqliyyatlarda olan sıxlığı da aradan qaldırmaq mümkün ola bilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Ermənilər azərbaycanlı əsiri diri-diri yandırdılar”
Camaata pul verən aparatın sahibini nə gözləyir? – hüquqşünasdan ilginc şərh
Ermənistanda şok gəlişmə: İrəvanı kim “mina”layıb? – Hər şey bəlli olur
Azərbaycanda koronavirusla bağlı karantində olan şəxslərin sayı açıqlandı
Heydər Əliyev prospektində qəza