12.08.2026 - 12:37
Kriminal 14 baxış

Şüvəlanda dəhşətli ailə dramı: Oğul anasını öldürüb həyətə basdırdı

Bakının Şüvəlan qəsəbəsində bir il əvvəl itkin düşən qadının qəsdən öldürüldüyü üzə çıxıb. Bu hadisə ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən şəxs qadının öz oğludur.

Minval.info xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən verilən məlumata görə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti birgə istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirib. Bu tədbirlər nəticəsində 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürüldüyü müəyyən edilib.

İbtidai istintaq zamanı toplanan sübutlar 1994-cü il təvəllüdlü Məmmədov Elnur Həsən oğlunun 2025-ci ilin iyul ayında anası ilə mübahisə etdikdən sonra onu döyərək öldürdüyünü göstərir. Daha sonra isə o, anasının cəsədini yaşadıqları evin həyətində basdırıb. Hadisə yerində aparılan qazıntı işləri zamanı qadının qalıqları aşkar edilib.

Bu faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb və Elnur Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunub. Hazırda cinayət işinin tam və obyektiv araşdırılması üçün zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, itkin düşmüş şəxslərlə bağlı cinayət işlərinin araşdırılması və açılması Baş Prokurorluğun diqqət mərkəzində saxlanılır və bu istiqamətdə aidiyyəti qurumlarla birgə tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: