Şuşada avtomobil tank əleyhinə minaya düşdü
İşğaldan azad olunmuş Şuşa rayonunun Cəmillər kəndi yaxınlığında mina partlayışı baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Minval.info xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb. Məlumata görə, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Bayramov Bəxtiyar Mirzə oğlunun idarə etdiyi avtomobil keçmiş təmas xəttində tank əleyhinə minaya düşüb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır. Rəsmi qurumlar vətəndaşları mina təhlükəsinə qarşı diqqətli olmağa, təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Məlumatda, həmçinin, mina təhlükəsi işarələrinə diqqət yetirilməsi, şübhəli əşyalara toxunmama və çəpərlənmiş ərazilərə girməməyin vacibliyi vurğulanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gömrük əməliyyatı: meyvə şirəsi yükündə metamfetamin aşkarlandı
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş