Sürücülərin diqqətinə: Bakının mərkəzi yolları bağlanır
Sentyabrın 15-də bəzi yollar bağlanacaq.
Minval.İnfo xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, yolların bağlanmasının səbəbi paytaxtda keçiriləcək hərbi paraddır:
“Paytaxtın Azadlıq meydanından başlayaraq, Neftçilər prospektində hərbi paradın keçirilməsi ilə əlaqədar olaraq qeyd edilən ərazi üzrə kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.
Keçiriləcək hərbi paradda iştirakçıların təhlükəsizliyini təmin etmək üçün Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsindən və 20-ci sahə dairəsindən, Bayraq meydanı kimi tanınan ərazidən Yusif Səfərov və Afiyyətin Cəlilov küçəsinin kəsişməsinə qədər, həmçinin Azadlıq prospektinin 28 May küçəsi, Səməd Vurğun, Zərifə Əliyeva küçələrinin kəsişməsi üzrə istiqamət dəyişdirilir”.
Vaqif Əsədov qeyd edib ki, tədbirin yüksək səviyyədə keçirilməsi üçün hər kəs yaradılmış şərait üzrə hərəkət etməlidir:
“Tədbir tam başa çatanadək bu istiqamətlər üzrə hərəkət edən sürücülər avtomobillərlə hərəkət mümkünsüzlüyünü nəzərə alıb, alternativ yollarla hərəkət etməlidirlər”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu