Sürücülərə şad xəbər
İnzibati Xətalar Məcəlləsinə dəyilişlik edilib.
Lent.az-ın məlumatına görə, dəyişikliklərə əsasən inzibati cəza tədbiri ilə bağlı məlumatlar elektron portala daha qısa müddətdə yerləşdirilməlidir. Belə ki, bundan sonra inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə tərtib edilən elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) 1 gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.
Qeyd edək ki, dəyişiklərdən əvvəl məlumatların istifadəçinin elektron kabinetində yerləşdirilməsi müddəti 1 ay müəyyən edilmişdi.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Spark 26 festivalı: Gənclər texnologiyada birləşdi
Bakıda sabah yağışsız, 31° isti olacaq
Formula 1: Bakı üçün qazanc və itkilər
Bakıda uşaq bezlərinin yerli istehsalına start verildi
Azərbaycanda bakalavr təhsili üçillik ola bilər
Keşlədə nəqliyyat məhdudiyyəti: Sürücülərə alternativ yollar!
Birbank əməliyyatları Milliön terminallarında komissiyasız!
