Sursat zavodunda partlayış: İtaliyada təhlükəsizlik tədbirləri artırılır
İtaliyada Roma şəhəri yaxınlığında yerləşən bir sursat istehsalı müəssisəsində güclü partlayış baş verib. Bu müəssisə orta və iri çaplı sursatların istehsalı ilə məşğuldur.
Minval.info xəbər verir ki, hadisə “KNDS Ammo Italy” şirkətinə aid keçmiş “Sammel Difesa” zavodunun ərazisində baş verib. Bu müəssisə Fransa-Almaniya müdafiə qrupu KNDS-in tərkibində fəaliyyət göstərir.
Partlayışdan sonra hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib və yanğının söndürülməsi üçün tədbirlər görülür. İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının yaxın ərazilərə yayılmasının qarşısını almaq üçün əlavə tədbirlər həyata keçirilir. Partlayışın səbəbi hələlik müəyyən edilməyib, lakin xilasedicilər insidentin barıt presləmə sexində baş verdiyini ehtimal edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qarabağ Universitetində müəllimin həbs edilməsi hadisəsi
Bakıda 33 nömrəli avtobusda sərnişinlə sürücü arasında insident
Nyu York Times rəhbəri Kaliforniyada qətlə yetirildi
İranda borc qalmaqalı: İstanbulda təyyarəyə həbs qoyuldu
Rusiyada fişəng zavodunda dəhşətli yanğın nəticəsində 5 nəfər ölüb
Şuşada avtomobil tank əleyhinə minaya düşdü
Nepalda güclü yağışlar torpaq sürüşməsinə səbəb oldu