Sürət qatarları Ağstafayadək uzadılacaq: “Bunun üçün yeni qatarlar gətirmişik”
“Bu gün Azərbaycan dəmir yollarının stabil cərəyandan dəyişən cərəyana keçid dövrünü yaşayırıq.”
Bunu Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri Cavid Qurbanov Modern.az-ın əməkdaşının sualını cavablandırarkən söyləyib.
O, qeyd edib ki, hazırda Gəncəyə qədər fəaliyyət göstərən elektrik qatarlarının Ağstafaya qədər uzadılması nəzərdə tutulur:
“Bunun üçün biz yeni qatarlar da gətirmişik. Bu qatarlar ikili sistemdə fəaliyyət göstərir. Ona görə bizə lazımdır ki, bəzi hissələrdə elektrik xətlərini müəyyən müddətə dondurmalı olacağıq. Böyükkəsikdən Gəncəyə qədər ərazidə bu işləri həyata keçirmək 5-6 ay çəkir. Amma biz çalışırıq ki, 2 ay ərzində sürət qatarlarının uzadılmasına nail olaq”.
C.Qurbanov onu da qeyd edib ki, Qazax stansiyası hələlik istifadəyə verilmir:
“Çünki stansiyanın gəlirləri xərcləri qarşılamır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?