“Süni şəkildə düşmən obrazı yaradıblar, “dostluq körpüləri” qurmağa hazırıq”- Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko Polşa ilə “dostluq körpüləri” qurmağa hazır olduğunu bəyan edib.
Azpost.info xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Lukaşenko polyakları Müstəqillik Günü münasibətilə təbrik edib, belaruslarla polyakların mənəvi və mədəni yaxınlığını vurğulayıb.
O, həmçinin bildirib ki, Belarus “dostluq körpüləri” qurmağa hazır olduğunu nümayiş etdirir: “Təəssüf ki, bu gün Polşanın odioz siyasətçilərinin kobud səhvlərinin hesabını ölkənizin adi vətəndaşları ödəməli olur. Belarus və Rusiyanın timsalında süni şəkildə düşmən obrazının yaradılması bütün avropalıların həyat səviyyəsinin pisləşməsinə səbəb olub, beynəlxalq münasibətlərə inamı sarsıdıb”.
Belarus lideri konstruktiv tərəfdaşlıqların qurulması təklifinə Polşadan qarşılıqlı müsbət cavab alacağına ümid etdiyini deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Honkonq alimləri koronavirusa qarşı vaksin hazırlayıblar - FOTO
Elmar Vəliyevin oğlu istefa verdi
ABŞ Yaponiyaya İrandan neft idxal etməyə icazə verdi
Efiopiyanın Baş Qərargah rəisi güllələnib
Azərbaycanda qarayara xəstəliyi yayıldı - 1 nəfər öldü
Avropa liderlərini ərəb şeyxləri ilə bağlayan tellər
İsrail Türkiyənin baş konsulunu ölkədən qovur