Sumqayıtda yanğından xilas: Sakinlərin təhlükəsizliyi təmin edildi
Sumqayıt şəhərində yerləşən 34-cü məhəllədəki yaşayış binasında yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinə (FHN) bu barədə məlumat daxil olduqdan sonra dərhal əraziyə yanğınsöndürmə qüvvələri göndərilib.
Minval.info xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə çataraq yanğının qarşısını alıblar. Beşmərtəbəli binanın pilləkən qəfəsində yerləşən elektrik lövhəsində başlayan yanğın, mənzillərə keçmədən söndürülüb.
Yanğın nəticəsində 2 metr uzunluğunda elektrik kabeli və 6 elektrik sayğacı zərər görüb. Təhlükəsizlik məqsədilə 2-si uşaq olmaqla, 6 sakin binadan təxliyə edilib. Yaşayış binası və mənzillər yanğından qorunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gömrük əməliyyatı: meyvə şirəsi yükündə metamfetamin aşkarlandı
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş