Sulşerə ultimatum verildi: “Mançester Yunayted” məşqçisiz qala bilər

“Liverpul”a alçaldıcı məğlubiyyətdən sonra “Mançester Yunayted”in rəhbərliyi baş məşqçi Ule-Qunnar Sulşerə vəzifəsini qorumaq üçün üç oyunluq vaxt verib.
Minval.info xarici mediaya istinadla bildirir ki, mənbələrin məlumatına görə, Sulşerin əvəzlənməsi qaçılmaz deyil. Komandanın nəticələri pisləşməkdə davam edərsə, norveçli qovulacaq. 48 yaşlı mütəxəssis də işdən çıxarılmaq riskinin olduğunu bilir.
Əslində, “Mançester Yunayted” Sulşerin qovulması halında artıq yeni məşqçi axtarışına başlayıb. İstefa qərarının gecikdirilməsinin səbəblərindən biri də namizədlərlə danışıqlara daha çox vaxt verilməsidir. Zidan isə “Mançester Yunayted”i xilas etmək üçün tətilini yarımçıq qoymayacaq.
“Mançester Yunayted” oktyabrın 30-da “Tottenhem”lə qarşılaşacaq. Növbəti həftədə Çempionlar liqasında “Atalanta”, sonra isə “Mançester Siti” ilə derbi oyunu var.
İngiltərə Premyer-liqasının 9 turundan sonra “qırmızı şeytanlar” 14 xalla turnir cədvəlində 7-ci sıradadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?