“Sportinq”in baş məşqçisindən “Qarabağ”la bağlı önəmli açıqlama

Avroliqa qrup mərhələsinin V turuna sabah start veriləcək.
Oxu.Az xəbər verir ki, Avroliqanın qrup mərhələsinin V turunda “Qarabağ” “Sportinq”i qəbul edəcək.
Oyundan öncə keçirilən mətbuat konfransında qonaq komandanın hollandiyalı baş məşqçisi Marsel Keyzer görüş barəsində fikirlərini açıqlayıb:
“Bura qələbə üçün gəlmişik. Təbii ki, bu bizim üçün asan olmayacaq. Lakin bunun üçün komandam əlindən gələni edəcək. Artıq üç həftədir ki, komandanın başındayam. Zaman keçdikcə, komandaya daha çox öyrəşirəm. Hər keçən gün daha yaxşı komanda olmaq üçün çalışırıq. Oyunçularımda kifayət qədər ruh yüksəkliyi var”.
M. Keyzer “Sportinq”in sabahkı oyuna çox yaxşı hazırlaşdığını bildirib.
“Oyunçularımla fərdi söhbət etməyi xoşlamıram. Onlarla kollektiv şəkildə danışıb oyunun əhəmiyyətini demişəm. “Qarabağ” çox gözəl, modern futbol oynayır. Rəqibin üç oyununu izləmişəm. Əks-hücum komponentlərində yaxşı komandadır, topla yaxşı rəftar edir. “Qarabağ” haqda eşitmişəm. Ölkənizə ilk dəfədir gəlirəm. Bura xoşuma gəlir”, – deyə o vurğulayıb.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?