"Spartak" azərbaycanlı futbolçu ilə uzunmüddətli müqavilə imzalayıb
Rusiyanın “Spartak” klubu azərbaycanlı futbolçu Ayaz Quliyevin keçidini rəsmiləşdirib.
“Report” klubun rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, Moskva təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalayıb. Sözləşmənin detalları isə açıqlanmayıb.
Daha öncə A.Quliyevin Moskva təmsilçisində illik 1.2 milyon məvacib alacağı və bu keçid üçün “Spartak”ın “Rostov”a 1 milyon avro təzminat ödəyəcəyi yazılıb.
Qeyd edək ki, A.Quliyev məhz mövsümün əvvəlində yetirməsi olduğu “Spartak”dan “Rostov”a keçib. O həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Real" transferə 430 milyon ayırdı: hansı ulduzlar gəlir?
Günün oyunları bu kanallarda - AFİŞA
Qurban Qurbanov: Oyundan razı, nəticədən narazı qaldım
Millimizdən Avropa Çempionatında rüsvayçı məğlubiyyət
Rivaldonun oğlu "Neftçi"yə transfer edilir?
Messi, Suares, Pike oynamayacaq
Messi mundialın yüzüncü qolunu vurdu