Söyüşlü videoya görə "Space" səs rejissorunu işdən qovdu, amma...
Minval.info // Xəbər verdiyimiz kimi, “Space” telekanalı “Hər Səhər” verilişində müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun mahnını söyüşlə oxuması səbəbindən Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən cərimələnib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, efir zamanı mikrofonları bağlamağı unudan səs rejissoru işdən qovulub.
Həmçinin oxu: “Space”in efirindəki söyüş qalmaqalına görə sərt atdımlar atıldı: Qovulmalar, qadağalar…
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Minval.info xatırladır ki, həmin videoda qeyri-etik ifadələrdən öncə müğənni Rəşad İlyasovun mikrofonun bağlı olduğu görünür. Belə ki, o, mikrofonunu işarə edəndən sonra sənətçinin səsi efirə verilir. Ardınca isə həmin etik olmayan kəlimələr efirdə dilə gətirilir.
*Qeyd edək ki, videoda yaş məhdudiyyəti tələb edən ədəbsiz ifadələr var. Bu sözlər efirdə yayımlansa da, biz oxucularımıza bir daha xəbərdarlıq edirik.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda