Məlum olduğu kimi, “Space” telekanalı “Hər Səhər” verilişində müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun mahnını söyüşlə oxuması səbəbindən Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən cərimələnib.

Minval.info-nun əldə etdiyi məlumata görə, müğənni Rüfət Axondova bütün teleməkanda qadağa qoyulub. Onun həmkarı Rəşad İlyasova barədə də eyni qərar verilib. Bundan əlavə, sənətçinin çalışdığı AzTV telekanalından işdən uzaqlaşdırıldığı bildirilir.


Həmçinin oxu: Space tv-nin efirində rəzillik (18+ VİDEO)


Qeyri-etik ifadəylə bağlı qərarlar bununla bitməyib.

Belə ki, “Space” telekanalanda sözügedən verilişə görə məsuliyyət daşıyan səs rejissorları, texniki heyət, verilişin aparıcısı işdən qovulub.

Samir Mirzə


Həmçinin oxu: MTRŞ efirdəki rəzilliyə görə “Space” TV-ni cəzalandırdı – Video