29.10.2026 - 14:34
Dünya çempionatında Azərbaycanın üç güləşçisi məğlub olub
İdman 185 baxış

Dünya çempionatında Azərbaycanın üç güləşçisi məğlub olub

Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlubiyyətə uğrayıb. Baku.ws-ın məlumatına görə, Ruzanna Məmmədova, Rəşid Babazadə və Maqomedxan Maqomedov yarışda uğursuz çıxış ediblər.

Ruzanna Məmmədova 59 kq çəki dərəcəsində 1/8 finalda Çinli rəqibi Menqyu Xie ilə qarşılaşıb və bu görüşdən məğlub ayrılıb. Rəqibinin növbəti raundda uduzması nəticəsində Məmmədova medal qazanmaq şansını əldən verib.

Rəşid Babazadə 65 kq çəki dərəcəsində 1/16 finalda Qırğızıstanlı Taiyrbek Zumaşbek Uuluya məğlub olub. Maqomedxan Maqomedov isə 97 kq çəki dərəcəsində 1/4 finalda Bəhreynli idmançı Axmed Maqomed Tajudinova uduzub.

Qeyd edək ki, Azərbaycan güləşçiləri rəqibləri finala çıxdığı təqdirdə təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edəcəklər.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli və Sənan Süleymanov qızıl, Nihat Məmmədli isə gümüş medal qazanıblar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: