Sosial şəbəkələrdə fotosu yayılan qadınla bağlı cinayət işi açıldı
Sosial şəbəkələrdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində kirayədə yaşayan T.Abdullayevanın Saleh Şahmarov tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı yayılan məlumatlar araşdırılmaqla Bakı şəhər BPİ rəhbərliyinin nəzarətinə götürülüb.
Minval.info xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, vətəndaşın müraciəti üzrə xüsusatların tam və hərtərəfli araşdırılıb əmələ hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Binəqədi RPİ 40-cı Polis Bölməsindən götürülməklə Binəqədi RPİ-nin İstintaq şöbəsində cinayət işinin başlanması və icraata qəbul edilməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd olunan hərəkətlərdə zərərçəkmiş şəxsi mütəmadi olaraq döymə və ya sair zorakı hərəkətlər nəticəsində güclü fiziki ağrı və ya psixi iztirablar vermə əməlinin tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlayıb.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
İş üzrə xüsusatlarn tam və hərtərəfli araşdırılması məqsədilə istintaq hərəkətləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək