"Sosial şəbəkədə başqası ilə danışırdı" — Bakıda arvadını yandıraraq öldürən kişi

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Minval.İnfo Trend-ə istinadla xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən təqsirləndirilən şəxs qeyd edib ki, keçmiş arvadı başqa şəxslə ona xəyanət edib:
“Sosial şəbəkədə də kiminləsə danışırdı. Araşdırdım və həmin adamı da tapdım. Sonra boşanmaq üçün məhkəməyə müraciət etdim və boşandıq. Onu öldürmək istəmirdim. Lakin ondan bu hərəkəti niyə etdiyini öyrənmək istədim. Benzin alıb, onun işlədiyi yerə getdim. Məqsədim benzini onun üzərinə töküb sifətini yandırmaq idi ki, tanınmaz hala düşsün. Mağazaya girib benzini üzünə tökdüm və onu yandırdım. Həmin zaman polisin gələcəyini düşündüm və oradan uzaqlaşdım”.
İttihama görə, hadisə bu il aprel ayında Bakının “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Manat Shop” mağazanın qarşısında baş verib. Həmin ünvanda M.Müzəffərov həyat yoldaşı Aytəkin Müzəffərovanın başına bezin tökərək onu yandırıb. Qadın hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, təqsirləndirilən şəxsə 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda ata və qızı kürəkəni qətlə yetirdi
Türkiyədə narkotik əməliyyatı: Məşhurlar saxlanıldı
Polşada separatçı bayraq təxribatı dayandırıldı
Nigar Fərhadın şirkətinə cinayət işi açıldı
Bakıda 13 yaşlı qızın hamilə qalması şok etdi
Ermənistanda sabiq baş nazirin qardaşı həbs olundu
Dövlət təhlükəsizliyi 5 ölkədə əməliyyat keçirdi