Sorğu: Amerikalıların 55 faizi prezidentin fəaliyyətindən narazıdır
Amerikalıların 50 faizdən çoxu Co Baydenin ABŞ prezidenti kimi fəaliyyətini bəyənmir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Associated Press informasiya agentliyinin NORC Araşdırma Mərkəzi ilə birgə keçirdiyi ictimai rəy sorğusunun nəticələrində yer alıb.
Rəyi soruşulan amerikalıların 43 faizi Co Baydenin prezident kimi fəaliyyətindən razı olduğu halda, 55 faizi onun siyasətindən narazıdır. Demokratik partiyanın tərəfdarlarının 77 faizi, Respublikaçılar partiyasının tərəfdarlarının isə 10 faizi ABŞ prezidentinin fəaliyyətini müsbət qiymətləndirib.
Respondentlərin yalnız dörddə biri ölkənin düzgün istiqamətdə irəlilədiyini düşünür. Eyni zamanda, respublikaçıların 90 faizi, demokratların 60 faizi hesab edir ki, ABŞ iqtisadiyyatı pis vəziyyətdədir.
Dekabrın 1-dən 5-dək keçirilən sorğuda 1124 amerikalı iştirak edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hindistanda 20 yaşlı gənc 100 yaşlı qadını zorladı
Şəhid ailəsi və qazilərin kredit borcları gündəmdə - təkliflər
Ronaldunun sevgilisi növbəti dəfə açıq-saçıq geyimi ilə gündəmə gəldi - FOTO
İşdən çıxarılan komitə sədrlərinin və sabiq nazirin başı dərddə
ABŞ dövlət katibi Nizamini fars şairi adlandırdı
Zibillikdə “toy” fotosessiyası - Foto
Arvadını öldürüb soyuducuya qoydu, tətilə getdi - FOTO