"Son zəng"-lə bağlı AÇIQLAMA
“İyunun 14-də bütün məktəblərdə “Son zəng” tədbiri keçiriləcək. Bu da yalnız məktəb daxilində olmalıdır və iki saat davam etməlidir”.
Minval.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
O bildirib ki, bu tədbirlərin keçirilməsində yalnız məktəb rəhbərliyi deyil, İdarə olaraq müvafiq orqanlara müraciət edərək şagirdlərin və tədbirin keçirilməsinə aidiyyəti olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün müxtəlif qabaqlayıcı tədbirlərin görülməsi üçün müraciətlər edilir: “Builki “Son zəng” tədbirləri də yaxşı səviyyədə keçiriləcək”.
İdarə müdiri əlavə edib ki, bu il Bakı məktəblərini, təxminən, 26 min nəfərdən çox 11-ci sinif şagirdi bitirir: “27 min nəfərdən çox isə 9-cu sinif şagirdləri bitirir. İyunun 21-də Bakıda həm 9, həm də 11-ci siniflərdə buraxılış imtahanları keçiriləcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Özəl bağçalara qeydiyyat başladı: Fürsəti qaçırmayın!
İmtahan proqramlarında ciddi dəyişikliklər olmayacaq
15 yaşlıların oxu savadlılığı zəifdir: Nazir açıqladı
Birinci sinfə qəbulda kəskin azalma müşahidə olunur
Şamaxı və Astarada kolleclərə yeni müavinlər təyin edildi
Biləcəri sakinləri bərbad yollarla mübarizədədir
Məktəb yollarında sıxlıq: Valideynlərə vacib xəbərdarlıq