ŞOK İDDİA: Bu ölkə Rusiyaya gizlicə silahlar verir - DÜNYA ŞOKDA
İran Ukraynada ciddi itkilər verən Rusiyaya hərbi dəstək verir.
Metbuat.az xəbər verir ki, “Guardian” qəzeti belə məlumat yayıb. İddialara görə, iranlı qaçaqmalçılar İraqdakı mənbələrdən silahlar əldə edərək Rusiya üçün daşıyır. Həmçinin, S-300-lərə bənzəyən İran istehsalı Bavar 373 raket sisteminin də İran tərəfindən Rusiyaya bağışlandığı irəli sürülür. Məlumata görə, Rusiya ciddi sanksiyalara məruz qaldığı üçün Suriyadakı müttəfiqi İrandan silah almaq məcburiyyətində qalıb.
Bildirilir ki, İraqdakı xaosdan istifadə edən İranın dəstəklədiyi qruplaşmalar qərbdən gələn silahları ələ keçirib. İndi həmin silahlar İraqdan İrana, oradan isə dəniz yolu ilə Rusiyaya göndərilir. Məlumata görə, İran Rusiyanın məğlub olmasını istəmir. Çünki, Rusiyanın məğlub olacağı halda Suriyadakı vəziyyət də dəyişə bilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb